“Instagram”dan daha bir YENİLİK - Bundan sonra...

10 Dekabr 2022 12:30 Hadisə 533
“Instagram”dan daha bir YENİLİK - Bundan sonra...

“Instagram” sosial şəbəkə platforması hesab status funksiyasını bütün istifadəçiləri üçün işə salacaq.

“İnstagram” hesabları bağlanmaq üzrə olan və ya hər hansı risklə üzləşən istifadəçilərə xəbərdarlıq edəcək.

Hesab statusu paylaşdığınız bir məlumatın (şərhlər, yazılar və ya hekayələr kimi) qaydalara zidd olduğu və hesabınızın silinməsi ilə nəticələnəcəyi üçün silinib-silinmədiyini görmək üsullarından biridir.

Hesabınız qaydaları pozduğuna görə silinərsə, “Instagram” tətbiqindən bildirişlər alacaqsınız. Siz istənilən vaxt hesab status ekranında bu silinmə prosesini yoxlaya biləcəksiniz.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"