AFFA “Beşiktaş”ın sabiq baş məşqçisinə Azərbaycanda iş təklif etdi

27 Sentyabr 2022 14:00 Hadisə 2 192
AFFA “Beşiktaş”ın sabiq baş məşqçisinə Azərbaycanda iş təklif etdi

2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ"da akademiyanın koordinatoru Tacettin Doğanın köməkçisi olmuş Önder Karaveli özünə yeni komanda tapıb.

Aaxırıncı dəfə “Beşiktaş”ı çalışdırmış mütəxəssis Türkiyə 1-ci Liqasında işləyəcək. O, bu liqada yarışan “Adanaspor”la anlaşıb.

47 yaşlı mütəxəssis mövsümün sonuna qədər Adana təmsilçisinə rəhbərlik edəcək.

Karaveli Ağdam klubundan ayrıldıqdan sonra “Beşiktaş”ın akademiyasında fəaliyyət göstərib. "Qara qartallar"ın U-19 komandasına rəhbərlik edən baş məşqçi Sergen Yalçının istefasından sonra əsas komandaya dəvət edilmişdi.

AFFA “Adanaspor”a təyinatından öz öncə Karaveli ilə əlaqə yaradıb. Federasiya mənsubları onun planları ilə maraqlanıb, Azərbaycana dəvət edib.

Bildirilib ki, istəsə, Premyer Liqa klublarından birində onu işlə təmin eləyə bilərlər.

Sabiq “Qarabağ“lı hələlik Türkiyədən kənarda çalışmaq istəmədiyini deyərək, bu varianta isti yanaşmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti