Azərbaycanda tanınmış futbolçunun qardaşı mühüm vəzifəyə gətirildi

24 İyun 2022 23:20 Hadisə 1 249
Azərbaycanda tanınmış futbolçunun qardaşı mühüm vəzifəyə gətirildi

Azərbaycan Minifutbol Federasiyasında yeni təyinat gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, Sərxan İbrahimoğlu mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Millinin sabiq müdafiəçisi, hazırda “Zirə”nin formasını geyinən Ruslan Abışovun böyük qardaşı və meneceridir. Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin “İdman Tv” telekanalında redaktor vəzifəsində çalışır.

S.İbrahimoğlu ölkənin tanınan media mənsublarındandır.

Böyük nüfuz sahibi və bir çox layihələrin ideya müəllifidir. Personası birmənalı olaraq müsbət qarşılanır.

s.İbrahimoğlu Slovakiyada keçirilən son Avropa çempionatında iştirak edib. Millimizin qalib olduğu qitə birinciliyinin gedişi barədə mətbuatı davamlı olaraq məlumatlandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"