Kuman məşqçi karyerasını bitirdi - Şəxsi məsələlərə görə

2 Dekabr 2021 22:00 Hadisə 570
Kuman məşqçi karyerasını bitirdi - Şəxsi məsələlərə görə

İsrailin “Beytar” komandasının baş məşqçisi Ervin Kuman vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klubun mətbuat xidmətinə danışan Kuman artıq məşqçi karyerasını bitirdiyini söyləyib. O, şəxsi məsələlərə görə belə qərar verdiyini bildirib.

Kuman daha əvvəl Niderlandda “Feyenoord”, “Valveyk”, “Eyndhoven” klublarında, Macarıstan və Oman milli komandalarında baş məşqçilik edib.

Ervin Kuman “Barselona”nın sabiq baş məşqçisi Ronald Kumanın qardaşıdır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"