Azərbaycanda klubun icraçı direktoru futboldan uzaqlaşdırıldı

26 Noyabr 2021 17:20 Hadisə 647
Azərbaycanda klubun icraçı direktoru  futboldan uzaqlaşdırıldı

14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının “Neftçi” İK İB – “Atletico Baku” oyunu zamanı kütləvi qarşıdurma baş verib.

Sportinfo.az xəbər verir ki, qonaqların icraçı direktoru Xalid Hacıyev komandanın futbolçularının valideynlərini hakimlərə qarşı ədavətə və qəddarlığa vadar edib.

Matç bitdikdən sonra isə "Atletico Baku"nun məşqçiləri Namiq Cəfərov və Sərraf Əhmədov hakimləri təhqir edib.

AFFA İntizam Komitəsinin qərarı ilə Hacıyev 6 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Məşqçilər isə 3 oyunluq cəzaya məruz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"