Yığmanın baş məşqçisi 15 ildən sonra istefaya göndərildi - Sərbəst yeriyə bilmir

20 Noyabr 2021 15:40 Hadisə 513
Yığmanın baş məşqçisi 15 ildən sonra istefaya göndərildi - Sərbəst yeriyə bilmir

Uruqvay millisinin baş məşqçisi Oskar Tabares vəzifəsindən azad edilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Uruqvay Futbol Assosiasiyasının tvitter hesabında məlumat verilib.

74 yaşlı mütəxəssis millidə 15 illik fəaliyyətindən sonra komandadan ayrılıb. 2016-cı ildə ona ağır xəstəlik diaqnozu qoyulub. Hazırda Tabares sərbəst yeriyə bilmir.

Tabares iki dəfə Uruqvay millisinə rəhbərlik edib. Bu, ilk dəfə 1988-ci ildə olub və 2006-cı ildə bu vəzifəyə qayıdıb.

O, üç dünya çempionatında, beş Amerika Kubokunda komandaya rəhbərlik edib. Tabares 2011-ci ildə komandasına 1995-ci ildən bəri ilk Amerika Kubokunda qələbə qazandırıb.

1988-1990 və 2006-2021-ci illərdə Uruqvay millisinə rəhbərlik edən təcrübəli baş məşqçi 214 matçda iştirak edib. Bu, milli komandanın baş məşqçisi üçün üçüncü rekorddur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"