Prezidentin Qara Qarayevlə Füzulidə maraqlı dialoqu - VİDEO

18 Oktyabr 2021 14:20 Hadisə 1 328
Prezidentin Qara Qarayevlə Füzulidə maraqlı dialoqu - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, həmin görüşdə dövlət başçısı ilə Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayev arasında dialoq olub.

Prezident İlham Əliyev: Ordu məsələləri həmişə birinci sırada idi mənim üçün. Ona görə təsadüfi deyil ki, bizim dövlət büdcəmizdə həmişə birinci xərclər həcminə görə ordu xərcləri idi. Bəli, görülmüş işlərlə bağlı ictimaiyyətə vaxtaşırı məlumat verilirdi, paradlar keçirilirdi, mənim müxtəlif görüşlərim işıqlandırılırdı. Amma biz görülmüş bütün işləri təqdim edə bilmirdik. Çünki bunlar, əlbəttə, məxfi xarakter daşıyırdı. Amma müharibə zamanı göstərdik.

Futbolçu: Hamımız təşəkkür edirik. Hamımız çalışırdıq xidmət edək, hərbçi kimi olmasa da, idmançı kimi çalışdıq ki, Qarabağa xidmət edək. Biz beynəlxalq oyunlarda həmişə bir az məğlub kimi idik, amma indi fərqli çıxış etməyə çalışırıq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"