Mahirin dostunun evindən pul və qızıl-zinət əşyaları oğurlandı

15 Oktyabr 2021 16:20 Hadisə 588
Mahirin dostunun evindən pul və qızıl-zinət əşyaları oğurlandı

"Legiya"nın forvrdı Tomaş Pexartın evi qarət olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə çexiyalı hücumçu "Interia Sport"a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.

Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticələrini gözlədiklərini bildirib.

Tomaş Pexart 2020-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.

Tomaş Mahirlə əsas heyətə düşmək uğrunda rəqabəti uduzur. Hər halda mövsümün geridə qalan hissəsində biz bunu görmüşük.

Çexiyalı qolçu həmyerlimizin gəlişindən sonra «əvəzolunmaz sima» statusunu itirib. Amma bu, onun Mahirlə şəxsi münasibətlərinə xələl gətirməyib. Gündəlik həyatda dostdurlar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"