FİFA 2 kluba transfer qadağası qoydu - Cənubi Azərbaycanda

24 Sentyabr 2021 11:40 Hadisə 668
FİFA 2 kluba transfer qadağası qoydu - Cənubi Azərbaycanda

FİFA İran çempionatında mübarizə aparan Cənubi Azərbaycanın 2 klubunu cəzalandırıb.

Ötən mövsüm Persian Liqada çıxış etmiş Təbriz təmsilçiləri – «Traktor» və «Maşinsazi» beynəlxalq ali qurumun qəzəbinə tuş gəlib.

Bu, onların külli miqdarda borclanmasıı ilə bağlıdır. Belə ki, hər iki komandanın formasını geyinmiş bir çox legioner FİFA-ya şikayət edib və müqavilə öhdəliklərinin yerinə yetirilmədiyini bildirib.

Məhkəmə şikayət ərizələrini araşdırıb və istər «Traktor», istərsə də «Maşinsazi»nin əleyhinə qətnamələr qəbul eləyib. Həmin qətnamələrə əsasən, təbrizlilərə transfer qadağası qoyulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"