Fransızlar futbola görə bir-birlərini döyürlər - FOTOLAR

23 Sentyabr 2021 15:40 Hadisə 351
Fransızlar futbola görə bir-birlərini döyürlər - FOTOLAR

Fransa çempionatında daha bir qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, “Anje”-“Marsel” oyunundan sonra komandaların azarkeşləri arasında dava-dalaş olub.

0:0 hesabı ilə başa çatan oyundan sonra “Marsel” fanatları meydana daxil olaraq “Anje”nin azarkeşlərinə tərəf hərəkət ediblər.

Öz növbəsində, “Anje” azarkeşləri də meydana daxil olublar və qarşıdurma qaçılmaz olub. Hadisəyə polis müdaxilə etməli olub. Nəticədə stadionun infrastrukturuna xeyli ziyan dəyib.

Fransa çempionatının 3-cü turunda keçirilən “Nitsa”-”Marsel” oyununda da qalmaqal yaşanmışdı.

Həmin qarşılaşmada “Nitsa”nın azarkeşləri meydana daxil olaraq “Marsel”in futbolçularına fiziki təzyiq göstərmişdilər. Qarşılaşma yarımçıq dayandırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti