"Bazel" "Qarabağ"a görə çağırış etdi: “Gəlin, bizi tək buraxmayın”

11 Sentyabr 2021 19:20 Hadisə 476
"Bazel" "Qarabağ"a görə çağırış etdi: “Gəlin, bizi tək buraxmayın”

"Bazel" Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup oyunu öncəsi azarkeşlərinə çağırış edib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bazel şəhərinin eyniadlı təmsilçisi fanatları stadionda komandaya dəstək olmağa səsləyib.

Bildirilib ki, matçın oynanılacağı Bakı Olimpiya Stadionunda 308-ci sektor qonaq komandanın azarkeşləri üçün ayrılıb. Məlumatda biletlərin satıldığı məntəqələr və onların qiymətləri də göstərilib.

Sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti