“Arxalanacağımız heç nə yoxdur, sual ilk növbədə qayıdışla bağlıdır”

6 Oktyabr 2022 02:00 Hadisə 325
“Arxalanacağımız heç nə yoxdur, sual ilk növbədə qayıdışla bağlıdır”

"2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edib-etməyəcəyimizi bilmirəm".

bunu Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti İlqar Məmmədov milli komandanın olimpiadada mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

57 yaşlı funksioner bu sualın Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Baxa ünvanlanmalı olduğunu söyləyib:

"Mən Tomas Bax deyiləm və onun yerinə danışa bilmərəm. Ümid edirik ki, Beynəlxalq Qılıncoynatma Federasiyasının noyabrda Lozannada keçiriləcək Konqresində bizim qayıdışımızla bağlı qərar veriləcək. Əks halda, arxalanacağımız heç nə yoxdur".

Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiya təmsilçilərinin neytral bayraq altında mümkün çıxışına da münasibət bildirib:

"Sual ilk növbədə qayıdışla bağlıdır. Ya hə, ya da yox. Beynəlxalq arenaya qayıtsaq, şərtlərlə bağlı danışıqlar olacaq. Qılıncoynadanlarımızın vətəndaşlığı dəyişmək arzusu yoxdur".

İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi.

O, 2021-ci ildə Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"