Vasif Talıbov idmançı şagirdə xüsusi təqaüd verdi

13 İyul 2020 11:48 Digər növlər 1 234
Vasif Talıbov idmançı şagirdə xüsusi təqaüd verdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyulun 9-da Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.

Sportinfo.az xəbər verir ki, sərəncamla xüsusi istedadı olan aşağıdakı şəxslər Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər:

Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, təhsil sahəsi üzrə:

Nəsirova İnci Emin qızı

Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi, idman sahəsi üzrə:

Seyidov Vüsal Mirşahin oğlu

Digər Xəbərlər
Xəbər Lenti