Azərbaycanın aparıcı güləşçiləri ALROSA Kubokunda

27 Noyabr 2019 19:24 Digər növlər 475
Azərbaycanın aparıcı güləşçiləri ALROSA Kubokunda

Noyabrın 29-da Rusiyanın paytaxtı Moskvada start götürəcək sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, iki gün davam edən yarışda ölkəmizi yalnız sərbəst güləşçilər təmsil edəcək.

Baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparacaq.

Reqlamentə əsasən, noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi yarışlar olacaq. Ertəsi gün isə "Lujniki" İdman Kompleksində müxtəlif ölkələrin güləşçilərindən ibarət komanda ilə Rusiya yığması qarşılaşacaq. Beynəlxalq dərəcəli hakim Həbib Nurulu yarışda ədaləti qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti