Azərbaycanın daha bir cüdoçusu DÇ-da medal qazandı

9 Oktyabr 2021 00:28 Cüdo 534
Azərbaycanın daha bir cüdoçusu DÇ-da medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev İtaliyanın Olbia şəhərində gənclər arasında keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda qarşılaşmada Qazaxıstan təmsilçisi Ayan Bayqazi ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Hacıyev bürünc medala sahib çıxıb. Daha əvvəl Turan Bayramov (60 kq) gümüş medala yiyələnib.

Digər Xəbərlər
Xəbər Lenti