Ağayev Avroliqada sərt üzünü göstərdi: "Qırmız" və... - VİDEO

25 Sentyabr 2020 00:56 Bizimkilər 873
Ağayev Avroliqada sərt üzünü göstərdi: "Qırmız" və... - VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, o, Rumıniyada yerli “Styaua” ilə “Slovan”ın (Liberets) görüşündə baş hakim olub.

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə yekunlaşıb. Xeyli futbolçusu koronavirusa yoluxduğu üçün meydana zəif heyətlə çıxmış “Styaua” mübarizəni dayandırmalı olub. “Slovan” isə pley-offa yüksəlib.

Ağayev qarşılaşmanın 20-ci dəqiqəsində meydan sahiblərinin bir futbolçusunu birbaşa qırmızı vərəqə ilə meydandan qovub. O, “Styaua”dan iki, “Slovan”dan üç futbolçuya da sarı vərəqə göstərib.

Əliyara bu oyunda yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli yardım edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.

Digər Xəbərlər
Xəbər Lenti