Heç Azərbaycan klublarından təklif almısan?

16 Noyabr 2021 01:30 Bizimkilər 1 071
Heç Azərbaycan klublarından təklif almısan?

"Amkar" yetirməsi olan Rinat Hüseynov sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, hazırda Rusiya aşağı liqasında çıxış edən "Zvezda"da (Perm) oynayan azərbaycanlı müdafiəçi millimizə cəlb olunmaq ehtimalının olub-olmaması barədə danışıb.

- Rusiyada, "Zvezda"da işlərin necə gedir? 1-ci diviziona yüksələ biləcəksiz?
- Çempionata yaxşı başlamamışdıq. Amma çempionatın gedişində biz artırdıq və xallar qazanmağa başladıq. Hazırda biz turnir cədvəlində 6-cı pillədəyik. İlk "beşlik"dən çox da uzaqda deyilik. Hər şey hələ qarşıdadı. İşimizə davam edirik.

- Heç Azərbaycan klublarından təklif almısan? Səncə, nəyə görə klublarımız səninlə maraqlanmayıb?
- Hələ ki, heç bir təklif yoxdu. Yəqin ki, bu da zədə almağım və 1 aylıq sıradan çıxmağımla bağlıdı. Amma belə, arada təkliflər olurdu.

- Özün necə, Azərbaycan çempionatında oynamaq istəyirsən, yoxsa sənin üçün bu liqada oynamaq maraqlı deyil?
-
Əlbəttə ki, əgər təklif olarsa, mən bu barədə düşünməyə başlayacam. İndidən nəsə demək doğru olmaz. Təklif olandan sonra qərarımı qəbul edəcəm.

- Rusiya 2-ci liqasında oynayaraq Azərbaycan millisindən dəvət almaq, yığmada oynamağı real hesab edirsən?
- Məncə, 2-ci liqadan milli komandaya dəvət edilmək real deyil. Çünki tam fərqli səviyyələrdi. Ona görə də hələ ki, bu məsələyə baxmayacam.

- U-21 yığmasına dəvət edildiyin vaxtlarda A millidən necə, heç dəvət gəlmişdi?
- Mən əvvəl fərqli yığmalarda oynamışam. U-17, U-19 və U-21 yığmasına da dəvət almışam. Yaşar Vahabzadənin vaxtında dəvət edilmişdim U-21 yığmasına. Ancaq A millidən yox.

- Rusiyada oynayan Ayaz Quliyev və Kamran Əliyev hələ ki, Azərbaycanda oynamaq qərarını verməyib. Səncə, onlar kömək ola bilər yığmamıza?
- Yəqin ki, kömək edərlər. İndidən nəsə demək çətindi. Zaman göstərər. Onların verəcəyi qərardı.

Digər Xəbərlər
Xəbər Lenti