Canın əlindən heç nə gəlmədi - VİDEO

10 Noyabr 2021 03:00 Bizimkilər 437
Canın əlindən heç nə gəlmədi - VİDEO

Niderland 2-ci liqasında 14-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ekselsior”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:5.

Ozan da bu matçın iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.

“Telstar” 14 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti