Mübariz Mənsimov "Xəzər Lənkəran"ın borclarını ödəmir

19 Noyabr 2019 13:47 Azərbaycan Futbolu 5 620
Mübariz Mənsimov "Xəzər Lənkəran"ın borclarını ödəmir

"Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. O, legionerlərə olan borcunu ödəmir.

Sportinfo.az xəbər verir ki, bu barədə tanımış vəkil Aqil Layıcov sosial şəbəkədə yazıb. Vəkil bildirib ki, “Xəzər-Lənkəran”ın bir neçə xarici futbolçuya borcu qalıb:

"Xəzər Lənkəran" rəhbərliyi bu illər ərzində borclu qaldığı əcnəbi futbolçuların pullarını ödəməyib. Futbolçuların şikayəti gedib Ali İdman Arbitraj Məhkəməsinə çıxıb.

Orada Azərbaycanla bağlı qərar çıxarılıb. Klubun sahibi - Türkiyədə yaşayan azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov Ali İdman Arbitraj Məhkəməsinin qərarlarını icra etmir. Təkcə bir əcnəbi futbolçuya 70 min dollar ödənməlidir.

Mübariz Mənsimovun xeyirxah addımlarını çox təqdir eləmişəm. Çox vətənpərvər kimi Azərbaycan adını yüksək tutduğuna da əminəm.

Çox gözəl, buna qəti şübhəm yoxdur və mövqeyini səmimi qəbul edirəm. O zaman Mübariz Mənsimov “Xəzər Lənkəran”ın rəhbəri kimi niyə Ali İdman Arbitraj Məhkəməsinin kluba dair çıxardığı qərarları icra etmir? Bu, sual doğurur.

Azacıq olsa da, bu işin içində olan şəxs kimi deyə bilərəm ki, burada “Xəzər Lənkəran”dan daha çox, ölkənin adı gündəmə gəlir. Belə bir mötəbər təşkilatda və ya təşkilatlarda ölkəmizin adı müsbət hallanmır.

Həmin qərarlara əsasən, "Xəzər Lənkəran" əcnəbi oyuncuların haqlarını ödəməməsinə görə öz öhdəliklərini pozub. Məhkəmə qərarlarının icra olunmaması üçün heç bir obyektiv səbəb yoxdur.

"Xəzər Lənkəran” fəaliyyətini dayandıra və ya müflis ola bilər, amma onun arxasında duran əsas şəxs - Mübariz bəy bunu ödəməlidir. Məhkəmə qərarında qeyd olunan məbləğlər Mübariz müəllim üçün heç nədir”.

Digər Xəbərlər
Xəbər Lenti