Elxan Məmmədov tapşırdı: Klub rəhbərləri ilə görüşməyin

15 Avqust 2021 18:00 Azərbaycan Futbolu 880
Elxan Məmmədov tapşırdı: Klub rəhbərləri ilə görüşməyin

AFFA rəhbərliyi hakimlərə xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, bu barədə mesajı federasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov çatdırıb.

O, qeyd edib ki, Azərbaycan çempionatında fəaliyyət göstərən hakimlər məkanından və vaxtından asılı olmayaraq, hər hansı klub rəsmisi, nümayəndəsi və məşqçisi ilə görüşməməlidir.

Hətta təsadüfi və qısamüddətli xarakter daşıyan görüş olsa belə, dərhal bu barədə Hakimlər Komitəsinə məlumat verməlidir:

“Burada məqsəd hakimlərə hər hansı məhdudiyyətin tətbiq olunması deyil, şəffaflığın təmin olunmasıdır”.

Digər Xəbərlər
Xəbər Lenti