Avtomobillərə “silah” tuşlayan şəxs kim olub? - VİDEO

23 Aprel 17:10 Hadisə 1 276
Avtomobillərə “silah” tuşlayan şəxs kim olub? - VİDEO

Sosial şəbəkələrdə Azərbaycanda bir nəfər şəxsin yolda hərəkətdə olan avtomobillərə silah tuşlamasını əks etdirən görüntüləri yayılıb.

Oyuncaq olması ehtimal edilən silahı hərəkətdə olan nəqliyyat vasitələrinə tuşlayan şəxs narahatlığa səbəb olub.

Ərazidəki digər şəxslər həmin hadisəni videoya çəkərək paylaşıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, görüntülər bir müddət əvvəl Gəncə şəhərində qeydə alınıb:

“Şəxsin oyuncaq silahla avtomobillərin qarşısını kəsməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin şəxsin əqli qüsurlu şəhər sakini Ə.Gülməmmədov olması müəyyən edilib. Şəxs və onun valideyni ərazi üzrə polis şöbəsinə dəvət olunaraq profilaktiki söhbət aparılıb”.

Həmçinin bildirilib ki, polis həmin şəxsin ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirilməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"