Avroliqada daha 2 oyunun məkanı dəyişdirildi

11 Fevral 2021 01:24 Avropa Liqası 490
Avroliqada daha 2 oyunun məkanı dəyişdirildi

Avropa Liqasının 1/16 final mərhələsində keçiriləcək daha iki oyunun yeri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu, “Benfika” (Portuqaliya) – “Arsenal” (İngiltərə) və “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) oyunlarıdır.

UEFA Portuqaliya və İspaniyada keçirilməli olan bu görüşlərin müvafiq olaraq, Romadakı “Olimpiko” və Turindəki “Yuventus” stadionlarında təşkil olunmasına qərar verib.

Matçların əvvəlcədən nəzərdə tutulduğu məkanlarda keçirilməməsinə səbəb koronavirus pandemiyası ilə əlaqədar bəzi ölkələrdə sərt karantin tələblərinin tətbiq olunmasıdır.

Digər Xəbərlər
Xəbər Lenti