“Qızıl top”un səsverməsi DÇ-dən sonra keçirilsin - TƏKLİF

12 Yanvar 2022 18:40 Araşdırma 385
“Qızıl top”un səsverməsi DÇ-dən sonra keçirilsin - TƏKLİF

1999-cu ildə “Qızıl top”u qazanmış Rivaldo maraqlı təklif irəli sürüb.

Sportinfo.az xəbər verir ki, Rivaldo 2022-ci ildə “Qızıl top”la bağlı səsverməni bir qədər gec – DÇ başa çatandan sonra keçirməyi təklif edib.

O, mükafata kimləri əsas namizəd gördüyünü də açıqlayıb:

“Məncə, Mbappenin yaxşı şansı var, çünki o, Çempionlar Liqasını və dünya çempionatını qazana bilər.

Onunla eyni klubda çıxış edən Braziliya millisinin lideri Neymar haqqında da eyni sözləri demək olar.

Hər halda düşünürəm ki, “France Football” ilin ən yaxşı oyunçusu üçün səsverməni bir qədər gec - dünya çempionatından sonra keçirməlidir.

Çünki bu turnirdə oyunçuların çıxışından çox şey asılı olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti