Azərbaycan klubları kənarda qaldı - Avropanın 11 ən yaxşısı

10 Yanvar 2022 14:20 Araşdırma 1 628
Azərbaycan klubları kənarda qaldı - Avropanın 11 ən yaxşısı

Milli çempionatların yüksək liqalarında orta hesabla ən çox xal toplayanların siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, CİES-in tərtib etdiyi cədvəldə Avropanın 32 liqasının nəticələri əksini tapıb.

Ən yaxşı nəticə “Partizan”a məxsusdur. Serbiya klubu hər matçda 2,83 xal yığıb. Ümumilikdə 11 komandanın orta göstəricisi 2,50-dən yuxarıdır.

Azərbaycan 32 liqa arasında təmsil olunmayıb. Bu üzdən komandalarımız cədvəldən kənarda qalıb. Müqayisə üçün Premyer Liqanın ən yaxşısı olan “Qarabağ”ın göstəricisi 2,35-dir.

1. “Partizan” (Serbiya) – 2,83
2-3. “Sportinq” (Portuqaliya) – 2,75
2-3. “Porto” (Portuqaliya) – 2,75
4. “Olimpiaakos” (Yunanıstan) – 2,73
5. ÇFR (Rumıniya) – 2,71
6. “Şaxtyor” (Ukrayna) – 2,61
7. “Srvena Zvezda” (Serbiya) – 2,57
8. “Reyncers” (Şotlandiya) – 2,55
9-10. “Slaviya” (Çexiya) – 2,53
9-10. “Bavariya” (Almaniya) – 2,53
11. “Mançester Siti” (İngiltərə) – 2,52

Digər Xəbərlər
Xəbər Lenti