GÜNÜN ACI ETİRAFI! Sürət və keyfiyyət fərqi: "Qarabağ"ın gücü çatmadı - VİDEO

27 Oktyabr 2023 11:20 Qarabağ 1 171
GÜNÜN ACI ETİRAFI!  Sürət və keyfiyyət fərqi: "Qarabağ"ın gücü çatmadı - VİDEO

“Qarabağ” Avropa Liqasının H qrupunun 3-cü turunda Almaniyada “Bayer Leverkuzen”in qonağı oldu.

Görüş ev sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşdı.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, "Qarabağ" bütün komponentlərdə rəqibinə uduzdu:

“Bayer”ə qarşı oynamaq çətin oldu. Həqiqətən, onların sürəti qarşısında “Qarabağ” çox geri qaldı.

“Bayer” oyuna nəzarəti son dəqiqəyə kimi özündə saxladı. Bəzi məqamlarda topu rəqibə verib, topsuz oyuna üstünlük də verirdilər.

Qranit Caka və Aleksis Qrimaldo mükəmməl iş gördü. Xüsusilə top "Bayer"də olarkən, mərkəzdən oyun qurulmasında Topsoba və Tahın oyun ağlı komandanın zonalara yayılmasında müstəsna rol oynadı.

Vörtz və Hofsmannın üçüncü zonada Bonifeysə xüsusi imkanlar yaratmaqla hücum güclərini artırdıqlarını gördük. “Qarabağ” “Bayer”in oyun gücünü zəiflətmək üçün onlara qarşı basqıyla topu oyuna daxil etməməyə çalışdı.

Amma ilk 10 dəqiqədən sonra çox çətinlik yaşadı. “Bayer” sol cinahdan sağa oyun axarını anidən dəyişməklə, komandamıza əlavə çətinliklər yaşatdı.

Yəni, Bakıdan bu komandadan 1 xal qazansaq, qələbəyə bərabər sayılacaq. Çünki çox güclüdürlər. Oyun nizam-intizamından bir anlıq belə, qopmadılar.

Baş məşqçiləri Xabi Alonso da kənardakı jestləri ilə 12-ci oyunçu kimi görsənirdi”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti