Mövsüm başlamamış "Sumqayıt" ciddi itki ilə üzləşdi.
Komandanın vacib fiqurlarından biri olan İsa Sulimanı Türkiyə toplanışının son günündə ağır zədə aldı.
Pakistanlı ən azı qışa qədər dəqiq komandaya qoşula bilməyəcək.
İsanın ardınca digər arxa xətt oyunçusu Ayxan Süleymanlı sıradan çıxdı. Cinah müdafiəçisinin qayıdacağı tarix dəqiq məlum deyil.
Birinci turunun "Kəpəz"lə matçından əvvəl Rövlan Muradovun özünü yaxşı hiss etmədiyi bildirildi.
O, bu səbəbdən mövsümün ilk turunu buraxmalı oldu.
Üçüncü müdafiəçinin sıradan çıxması baş məşqçi Samir Abasovu çətin dilemma qarşısında qoya bilərdi.
Lakin narahatlığa əsas yoxdur. Muradovla bağlı klubdan müsbət xəbər almışıq.
"Kimyaçılar"ın liderinin zədəsi ciddi deyil.
Həkim müayinəsindən keçən 25 yaşlı cinah oyunçusu xoş xəbər alıb.
O, artıq bu gündən kollektiv məşqlərə başlayıb.
Növbəti tur "Turan Tovuz"la vacib səfər görüşündə meydanda ola biləcək.
XANOĞLAN / SPORTİNFO.AZ