Rusiyaya səs salan azərbaycanlı: "Bu qədər ajiotaj doğuracağını gözləmirdim" - VİDEO

23 Mart 2020 19:20 Qəbələ 1 058
Rusiyaya səs salan azərbaycanlı: "Bu qədər ajiotaj doğuracağını gözləmirdim" - VİDEO

«Paylaşdığım videonun bu qədər ajiotaj doğuracağını gözləmirdim».

Bu sözləroi Sportinfo.az-a açıqlamasında "Qəbələ"nin məşqçisi Azər Bağırov deyib.

O, "evdə qal" trendindən kənarda qalmayıb və 3 oğluyla birgə video-çağırış edib. Rusiyanın məşhur sports.ru saytı onun çəkdiyi görüntüyə biganə qalmayıb:

"Bu video hazırkı çətin vaxtlarda sizi mütləq sevindirəcək! "Qəbələ"nin məşqçisi Azər Bağırov evdə qalmaq çağırışını dəstəkləyib. O, yaraşıqlı uşaqları ilə futbol oynamaqla, hamını çətin günləri evdə gözləməklə və çölə çıxmamaqla bağlı müraciət edib".

Bağırov yaydığı videonun yaratdığı rezotnansdan danışıb: "Fikrim ailəmin, yaxınlarımın fikrini bu xəstəlikdən uzaqlaşdırmaq idi. Kimlərinsə nəzərini yaxşı şeylərə cəlb etmək istəyirdim.

Belə məqamlarda insanların bir-birlərinə dəstək verməsi vacibdir. Ailəmizin içində olmağımız, uşaqlala vaxt keçirməyimizin özü yaxşı bir haldır.

Sosial şəbəkədəki səhifəmdə paylaşım etdim, siz jurnalistlərin sayəsində hər yana yanıldı. Rusiya mediasının bundan yaxması mənim üçün xoş haldır.

Yaxşı bir tərəfdən seçilməyimiz, Azərbaycanı tanıtmağımız sevindiricidir".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı