"Əgər "Qarabağ"ı udsaydıq..."

4 Dekabr 2020 11:00 Qarabağ 706
"Əgər "Qarabağ"ı udsaydıq..."

“Bu oyuna qələbə üçün çıxmışdıq. Əgər qalib gəlsəydik, 1/16 finala vəsiqəni təmin edə bilərdik”.

Sportinfo.az xəbər verir ki, bunu Təl-Əviv “Makkabi”sinin futbolçusu Dor Perets deyib.

Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ”la İstanbuldakı görüşü (1:1) barədə fikirlərini açıqlayıb. O bildirib ki, “Vilyarreal”ın ardınca 1/16 finala yüksələn ikinci komanda adını qazanmağa iddialıdırlar:

“Lakin bir xalla kifayətləndik. Hər şey son turda həll olunacaq. İnanıram ki, “Sivasspor”la qarşılaşmada bizə lazım olan nəticəni qazanıb mübarizəni davam etdirəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti