“Qarabağ” dünyanın “Top-10”una düşməsi üçün...

25 Noyabr 2020 15:00 Qarabağ 720
“Qarabağ” dünyanın “Top-10”una düşməsi üçün...

Dünyanın ən məhsuldar klublarının siyahısı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, cari mövsüm öz ölkəsinin yüksək liqasında orta məhsuldarlığı ilə fərqlənən 10 ən yaxşı komanda müəyyənləşib.

Cədvələ Niderland “Ayaks”ı başçılıq edir. Amsterdamlılar hər matçda 4,11 top vurur. Qətər təmsilçisi “Əl-Sədd” orta hesabla hər görüşdə 4 dəfə fərqlənib. İlk “üçlüy”ü Şimali Makedoniya təmsilçisi “Sileks”i qapayır.

Azərbaycan Premyer Liqasında son üç oyunun hərəsində 6 qol vurmaqla yüksək məhsuldarlıq nümayiş etdirən “Qarabağ” dünyanın “Top-10”na yaxın göstəriciyə imza atıb.

Keçirdiyi 9 matçda 26 dəfə fərqlənən ağdamlıların orta məhsuldarlığı 2,89-dur. Qurban Qurbanovun yetirmələrini ən yaxşı 10 komanda sırasına düşməkdən 2 qol ayırıb. Ağdamlılar 28 qol vursaydı, cədvələ daxil ediləcəkdi.

Dünyanın ən məhsuldar 10 klubu
1. “Ayaks” (Niderland) – 4,11 (9 oyun/37 qol)
2. “Əl-Sədd” (Qətər) – 4,00 (6/24)
3. “Sileks” (Şimali Makedoniya) – 3,75 (4/15)
4. “Bavariya” (Almaniya) – 3,50 (8/28)
5. “Bodo Qlimt” (Norveç) – 3,40 (25/85)
6-7. “Zalsburq” (Avstriya) – 3,25 (8/26)
“Slaviya” (Çexiya) – 3,25 (8/26)
8. “Dinamo” (Xorvatiya) – 3,20 (5/16)
9. “Paxtakor” (Özbəkistan) – 3,10 (21/65)
10. “Lion” (Sinqapur) – 3,10 (10/31)

Digər Xəbərlər
Xəbər Lenti