Məşhur futbolçunun qardaşı: “O, “Qarabağ”a keçidimdən məmnundur"

2 Avqust 2020 11:20 Qarabağ 1 013
Məşhur futbolçunun qardaşı: “O, “Qarabağ”a keçidimdən məmnundur"

“Bu, siyasi gediş idi, Nemanya həmin fotoya baxmamışdı“.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ“ın yeni transferi Uroş Matiçə məxsusdur.

Yarımmüdafiəçi böyük qardaşı, Serbiya yığmasının və “Mançester Yunayted“in müdafiəçisi Nemanya Matiçlə bağlı son günlər qəsdən gündəmə gətirilən bir məsələyə münasibət bildirib.

Onun 6 il öncə erməni bayrağı ilə çəkilmiş şəklinin sosial şəbəkələrdə yenidən paylaşılmasından gedir söhbət.

Sitat: “O, plakatdakı sözləri, orada nə yazıldığını oxumamışdı. Sonradan insanlar ona bunun nə demək olduğunu izah ediblər. Biz sülhün tərəfdarıyıq, münaqişə istəmirik. Çünki bu, futbola aid məsələ deyil“.

Uroş “Qardaşınız həmin vaxt əsl həqiqəti bilmirdi. Olarmı, indi üzərində “Qarabağ - Azərbaycanındır!” sözləri yazılmış Azərbaycan bayrağı ilə şəkil çəkdirsin, biz də bunu paylaşaq?“ sualını isə bu cür cavablandırıb:

“Bu, siyasi məsələdir. Nemanya başqa komandada çıxış edir. Əlbəttə, qarşısında Azərbaycan bayrağı görsə, onunla şəkil çəkdirər.

Mən siyasətə qarışmaq istəmirəm. Nemanya “Qarabağ” haqqında bilir. O da Asmirdən məlumat alıb. Böyük komandaya keçdiyimi bilir. Mənim “Qarabağ”a keçidimdən məmnundur“.

Digər Xəbərlər
Xəbər Lenti