"Qarabağ" İngiltərə ilə bağlı planlarını ertələdi

10 Yanvar 2020 23:15 Qarabağ 1 107
"Qarabağ" İngiltərə ilə bağlı planlarını ertələdi

"Qarabağ"ın nümayəndə heyətinin İngiltərəyə səfəri təxirə düşüb.

Bu barədə Sportinfo.az-a klubun baş meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, səfərin ertələnməsi "Bornmut" rəhbərliyi ilə görüş yeinin vaxtı ilə bağlı planların üst-üstə düşməməsiylə əlaqədardır.

Öncədən belə nəzərdə tutulmuşdu ki, Ağdam təmsilçisinin yanvarın 10-də Böyük Britaniyaya yollanmalıdır. Səfər zamanı iki klub arasında münasibətlərin inkişaf etdirilməsinə dair memorandum imzalanması planlaşdırılırdı.

Əməkdaşlıq sferasına bir neçə sahə daxildir. Tərəflər ilk növbədə qarşılıqlı təcrübə mübadiləsi edəcək. Bura həmçinin futbolçu transferi və "Qarabağ"ın akademiyasında yetişən istedalı yeniyetmə-gənclərin "Bornmut"a göndərilməsi də daxildir:

"Belə bir görüş olacaq. Amma tarixi hələ dəqiqləşməyib. Biz istəyirik ki, İngiltərəyə getdiyimiz vaxt qarşı tərəfin rəhbərliyi də orada olsun".

Digər Xəbərlər
Xəbər Lenti