"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynayacaq?

14 Noyabr 2019 13:15 Qarabağ 599
"Qarabağ"ın futbolçusu Paraqvaya qarşı oynayacaq?

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin heyətində Paraqvayla bugünkü yoldaşlıq oyununda meydana çıxa bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Zədəsini yenicə sağaldan 26 yaşlı futbolçu dünən komanda ilə ümumi hazırlıqda iştirak etməsə də, fərdi məşq edib. Buna baxmayaraq, bolqarıstanlı həmkarlarımız onun Cənubi Amerika təmsilçisi ilə matçda oynayacağını istisna etmir.

Qeyd edək ki, Bolqarıstan - Paraqvay oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti