Braziliyalı “Qarabağ“a mümkün transferi haqda nə söylədi?

13 May 2021 14:00 Qarabağ 2 774
Braziliyalı “Qarabağ“a mümkün transferi haqda nə söylədi?

“Agentim müxtəlif klublardan təkliflər alıb, amma konkret adlar barədə nəsə bilmirəm.

Sportinfo.az xəbər verir ki, bu açıqlama adı “Qarabağ“la yanaşı hallanan Felipe Ryana məxsusdur.

24 yaşlı braziliyalı hazırda Portuqaliyada - “Real Alverka”da çıxış edir. Yarımmüdafiənin həm sağ, həm sol cinahında, həm də mərkəzində çıxış etməyi bacaran

Oyunçu bu mövsüm komandasının heyətində yalnız 1 oyuna çıxıb. O, ölkə kubokunun 3-cü mərhələsində “Torrinze”yə 0:2 uduzduqlarını qarşılaşmada 57 dəqiqə meydanda olub.

180 sm boya malik futbolçu peşəkar karyerasına Portuqaliyada başlayıb. “Jil Visente”nin 19 yaşlılarında, “Sernake”də, “Kaldas”da, “Akademika Viseu”da çıxış edib.

O, iyunda azad agent olacaq. Cənubi amerikalı yaxın gələcək barədə konkret fikir bildirməyib: “Nəyin baş verəcəyi dəqiq deyil. Hazırda yeganə fikrim komandama kömək etməkdi. Əlimdən gələni edəcəm ki, çempionatı yaxşı mövqedə bitirək”.

Ryan Ağdam təmsilçisi haqda məlumatlı olduğunu da dilə gətirdi: “Qarabağ” haqda, demək olar ki, hər şeyi bilirəm. Bakı da möhtəşəm şəhərdi.

Dostum bu klubda çıxış edir. Bu, çoxunuzun tanıdığı Kevin Medinadı. Bilirəm ki, “Qarabağ” böyük klubdur. Adətən, ölkəsində çempion olur.

Avropa Liqasının qrup mərhələsində daim çıxış edir. Əsas hədəfim güclü komandada çıxış edib, çempionluqlar qazanmaqdır. “Qarabağ”da çıxış etmək karyerama müsbət təsir edəcək.

Lakin gəlin, bir neçə həftə səbr edək. Tezliklə menecerimlə görüşəcəm və bundan sonra gələcəyim haqda tam məlumatın olacaq” (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti