“Qarabağ”da hər şey ürəyimcədir, burada möhtəşəm insanlar cəmləşib”

23 Fevral 2021 20:40 Qarabağ 731
“Qarabağ”da hər şey ürəyimcədir, burada möhtəşəm insanlar cəmləşib”

"Sevincimi necə ifadə edəcəyimi bilmirəm. Doğrudan da “Qarabağ” forması ilə 100 oyun keçirmək qürurvericidir".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Ağdam təmsilçisində çıxış etdiyi üçün xoşbəxt olduğunu bildirib:

"Hər şey ürəyimcə və zövqümcədir. Bu klubda möhtəşəm insanlar cəmləşib. Komandanın uğuru üçün hamı çalışır. Belə möhtəşəm klubda oynadığım və 100-cü oyunumu keçirdiyim üçün çox xoşbəxtəm".

Zubirin "Qarabağ"da 100-cü oyunu Azərbaycan Premyer Liqasının XVI turunda "Sumqayıt"la səfərdə qolsuz heç-heçə etdikləri görüşə təsadüf edib.

Digər Xəbərlər
Xəbər Lenti