Ramos Messi ilə yaxşı münasibət qura bilmir

11 Noyabr 2021 12:00 Problem 1 354
Ramos Messi ilə yaxşı münasibət qura bilmir

Serxio Ramosla Lionel Messi hazırda eyni komandanın şərəfini qorusalar da, isti münasibət qura bilmirlər.

Sportinfo.az xəbər verir ki, “Barselona” – “Real” rəqabəti nəticəsində formalaşan soyuqluq Parisdə də özünü göstərir.

Ramos PSJ-nin digər futbolçuları ilə çox qısa zamanda yaxşı əlaqə qura bilib. Amma onun Messi ilə isti münasibət yaratmaq istəyi uğursuz alınıb.

Ramos “Real”da 2005-2021-ci, Messi isə “Barselona”da 2003-2021-ci illərdə çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti