“Qarabağ”la “Neftçi” arasında ikiqat fərq - YENİ FAKT

3 Avqust 2020 14:22 Premyerliqa 1 266
“Qarabağ”la “Neftçi” arasında ikiqat fərq - YENİ FAKT

Bu həftə avrokubokların 2020/21 mövsümünün ilk püşkatması keçiriləcək.

Sportinfo.az xəbər verir ki, bu tədbirlə Azərbaycan klubları üçün yeni qitə macəraları start götürəcək.

İlk dəfə 1994-cü ilin yayında avrokubok həyəcanı yaşayan ölkəmiz indiyədək 19 klubla Avropa səhnəsinə çıxıb. Debütü qarşıdakı mövsüm gerçəkləşəcək “Sumqayıt” bu siyahıya 20-ci kimi düşəcək.

Azərbaycanın Avropada ən yaxşı təmsilçisi “Qarabağ”dır. 118 avrokubok görüşünə çıxan ağdamlılar həm qələbə, həm xal, həm vurulan qol sayında digər klublarımızdan aşkar üstündür.

İkinci sırada olan “Neftçi” əyalət klubundan ikiqat geridədir. Qələbəyə görə şərti olaraq 3 xal prinsipi ilə hesablasaq, “Qarabağ” 154, bakılılar bunun yarısı qədər xal toplayıb.

3-cü pillədə olan “Keşlə” liderlərdən çox uzaq olsa da, ən yaxşı top fərqinə malikdir. Paytaxt təmsilçisi ümumiyyətlə bu göstəricidə müsbət saldoya malik iki klubumuzdan biridir. “Zirə”nin vurduğu qol buraxdığından daha çoxdur.

Ümumilikdə, Azərbaycan klubları avrokuboklarda 350 oyun keçirib. 102 qələbəsi olan təmsilçilərimiz 84 heç-heçə edib və 114 dəfə uduzub. Top fərqi də rəqiblərin xeyrinədir – 336-520 (apasport.az).

1.

Qarabağ

118

41

31

46

118-150

154

2.

Neftçi

64

20

17

27

72-95

77

3.

Keşlə

36

16

10

10

43-38

58

4.

Qəbələ

38

10

7

21

36-55

37

5.

Bakı

18

4

5

9

16-31

17

6.

Xəzər Lənkəran

18

2

7

9

14-33

13

7.

Zirə

4

2

1

1

5-4

7

8.

Karvan

6

2

1

3

3-6

7

9.

Kəpəz

14

2

1

11

6-30

7

10.

MKT Araz

4

1

1

2

1-3

4

11.

Bakı fəhləsi

2

1

0

1

1-1

3

12.

Şəmkir

10

1

0

9

7-21

3

13.

AZAL

4

0

2

2

3-5

2

14.

Xəzri

2

0

1

1

2-11

1

15.

Səbail

2

0

0

2

4-6

0

16.

Simurq

2

0

0

2

0-4

0

17-18.

Turan

2

0

0

2

0-7

0

Şəfa

2

0

0

2

0-7

0

19.

Viləş

4

0

0

4

2-10

0

350

102

84

164

336-520

390

Digər Xəbərlər
Xəbər Lenti