Cavid Hüseynovdan qələbə qazanan futbolçularına 3 günlük JEST

13 Noyabr 2022 23:00 Premyerliqa 718
Cavid Hüseynovdan qələbə qazanan futbolçularına 3 günlük JEST

12 tur qələbəyə həsrət qalan "Şamaxı" ötən tur Tovuz səfərində ilk 3 xalını qazandı.

Ötən gün isə doğma meydanda "Sumqayıt"ı qəbul edən bölgə klubu ardıcıl ikinci qəlbəsinə sevindi - 4:2.

Yəqin ki, komanda üzvləri əldə olunan növbəti 3 xala görə rəhbərlikdən müəyyən məbləğdə mükafat alacaqlar.

Ona kimi isə baş məşqçi Cavid Hüseynov futbolçularına ilk jestini edib.

Belə ki, milli komandanın oyunlarına görə yaranan fasiləni fürsət bilən gənc mütəxəssis komanda üzvlərinə 3 günlük istirahət verib.

Növbəti tur doğma meydanda "Kəpəz"i qəbul edən "şirlər"məhz bu müddətdən sonra bir araya gəlib, hazırlığa start verəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti