Azərbaycan derbisi bu hakimə tapşırıldı - SON DƏQİQƏ

27 Oktyabr 2021 22:20 Premyerliqa 1 220
Azərbaycan derbisi bu hakimə tapşırıldı - SON DƏQİQƏ

Bu həftə Azərbaycan Premyer Liqasında tarixi derbi var.

Belə ki, son çempion "Neftçi" "Azərsun Arena"da "Qarabağ"ın qonağı olacaq.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, çempionluq yolunda böyük əhəmiyyat daşıyan qarşılaşmanı FİFA dərəcəli hakim Əliyar Ağayev idarə edəcək. Artıq AFFA-da onun təyinatına qərar verilib.

Təbii ki, qarşılaşmaya hələ 3 gün qalır. Hər an fərqli qərar verilə bilər. Amma xüsusi nəsə baş verməsə Ağayevi derbidə iş başında görəcəyik.

"Qarabağ" - "Neftçi" qarşılaşması 30 oktybar 18:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti