"Gəncə üçün dua edin" - Sabiq "Qarabağ"lı ABŞ-dan yazdı

15 Oktyabr 2020 12:58 Maraqlı 513
"Gəncə üçün dua edin" - Sabiq "Qarabağ"lı ABŞ-dan yazdı

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri nəticəsində törətdiyi terror hadisəsinə "Qarabağ"ın sabiq oyunçusu Ansi Aqolli də biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda forma geyinən 38 yaşlı sol cinah oyunçusu bununla bağlı özünün "Instagram" səhifəsində paylaşım edib.

Albaniyalı müdafiəçi üzərində "Ganja Strong! və Pray for Ganja" (Gəncə güclüdür və Gəncə üçün dua edin") sözləri yazılmış foto paylaşıb.

Ansi Aqolli 2012 - 2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti