Futbolla yaşayan və Premyer Liqaya qayıdan rayondan İLKİN TƏƏSSÜRATLAR

5 İyul 2022 22:40 Maraqlı 914
Futbolla yaşayan və Premyer Liqaya qayıdan rayondan İLKİN TƏƏSSÜRATLAR

Tovuzda 9 illik həsrət başa çatır. Nəhayət, bölgəni təmsil edən "Turan Tovuz" yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq.

Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçən komanda artıq 3 gündür doğma rayona qayıdıb. Hazırlıqlar Tovuzda davam etdirilir.

Yüksək Liqa həyəcanı şəhərdə ən üst səviyyədə hiss olunmaqdadır. Elə komandanın Tovuz şəhər stadionundakı ilk məşqindən öncə yaşanananlar bunun əyani sübutu idi.

Bir neçə futbolçu ilə şəxsi söhbətlərim də Tovuzda futbola münasibətin müsbət siqnallarını vermiş oldu.

Demək olar Bakı klublarında günü keçən oyunçular yaşadıqlarından məmmunluq hiss keçirirlər.

Gündə iki dəfə baş tutan məşqlər azarkeşsiz keçmir. Mütləq tribunalarda fanat olur.

Bildirirlər ki, onlar nəinki stadionda, hətta dükanda, yolda, kafedə yeni mövsümlə bağlı müzakirələr aparır.

Təkcə futbol azarkeşi yox, həm də bilicisidirlər. Təkcə futboldan danışmırlar, onu sözün həqiqi mənasında mütəxəssis kimi bilirlər.

Böyükdən kiçiyə mövsümün start götürəcəyi gün hamının yaddaşına həkk olunub. Səbrsizlik yaşanır, gözləntilər pikk həddədir.

Bu, futbolçuların qısa müddətdə şahid olduqlarıdır. Mövsüm isə hələ qabaqdadır.

Görünən odur ki, qarşıdakı mövsüm Tovuz səfərləri çox maraqlı və bir o qədər də çətin olacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti