Keçmiş komanda yoldaşını öz yanına aparmaq istəyir - Maliyyə şərtləri üst-üstə düşsə

7 Yanvar 2025 10:20 İtaliya 1 091
Keçmiş komanda yoldaşını öz yanına aparmaq istəyir - Maliyyə şərtləri üst-üstə düşsə

Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” “Lion”un yarımmüdafiəçisi Nemanya Matiçi almaqda maraqlıdır.

Sportinfo.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, maddi şərtlər müqavilə bağlamaq üçün uyğun olarsa, serbiyalı oyunçu İtaliyaya köçməyi düşünəcək.

Matiç və Fabreqas “Çelsi”də birgə çıxış ediblər.

36 yaşlı futbolçu 2024-cü ilin yanvarında “Lion”a keçib. O, bu mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 18 oyun keçirib.

Matiç əvvəllər “Renn”, “Roma”, “Mançester Yunayted”, “Benfika” və “Vitess” klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 08:00 Yollar buz bağlayacaq