Vaxtilə "Neftçi"nin "qapazaltı"sı olan erməni klubu fəaliyyətini niyə dayandırır?

16 Oktyabr 2023 02:50 Hadisə 1 645
Vaxtilə "Neftçi"nin "qapazaltı"sı olan erməni klubu fəaliyyətini niyə dayandırır?

Ötən ilin avqust ayı idi .

Ermənistan komandası “Pünik” in azarkeşləri həmin gün Serbiyanın "Srvena Zvezda" ilə İrəvanda keçirilən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açdılar.

Qeyd üçün onuda bildirək ki, Pünik komandası öz evində 2-0 (toplamda 7-0) məğlub olaraq Çempionlar liqasında mübarizəni dayandırdı.

“Pyunik”in prezidenti Artur Soqomonyan açıqlama verib. O sonuncu müsahibəsi zamanı deyib ki, çempionatda fəaliyyəti dayandırılan "Pyunik" dərhal həm əsas, həm də ehtiyat stadionlardan məhrum edildi:”

Ən pisi isə odur ki, bütün pulsuz meydançalar Ermənistan Futbol Federasiyasına məxsusdur və bizim yalnız başqa komandaların meydançalarında, razılaşdıqları halda oynamaq imkanımız var.

Gümrü şəhərinin “Şirak” klubuna təşəkkür edirəm, icazə verdilər, növbəti turun oyununu da onların stadionunda keçirəcəyik. A

mma biz İrəvandan təxminən 200 kilometr aralıda olan başqa şəhərə getməli olacağıq. Yol uzun olduğu üçün azarkeşlərin buna qatıla bilməyəcəyi aydındır. Vəziyyət çox ciddidir”.

Komandanın kapitanı onu da vurğulayıb ki, klubun Ermənistan çempionatından kənarlaşdırılması ilə bağlı qərarı federasiyanın şüurlu qərarıdır.

Düşünürəm ki, bundan sonra “Pyunik” fəaliyyətini dayandıracaq. Çətin olacaq. Üstəlik, həm yerli, həm də əcnəbi müqaviləli çoxlu futbolçularımız var.

Bu gün futbolçumuz Artak Daşyan millinin liderlərindən biridir. Türkiyəyə qol vurdu. Buna baxmayaraq, federasiya onu oynamaq imkanından məhrum etməyə çalışır”, - deyə o əlavə edib.

2005-ci il yanvarın 19-da Moskvada keçirilən “Birlik Kuboku”nun 1/4 final mərhələsində "Neftçi" Ermənistan çempionu “Pünik”i 2:0 hesabı ilə məğlub edib. "Ağ-qaralar"a qələbə gətirən qolları Georgi Adamiya və Vidadi Rzayev vurub.

"20 Yanvar" faciəsinin ildönümünə bir gün qalmış "Neftçi"nin bu tarixi qələbəsi xalqımızın yaddaşından silinməyən oyunlardandır.

Əntiqə Rəşid

Digər Xəbərlər
Xəbər Lenti