“Barselona” azarkeşləri bayram edirlər - İstefaya görə

14 Yanvar 19:24 İspaniya 355
“Barselona” azarkeşləri bayram edirlər - İstefaya görə

Ernesto Valverdenin “Barselona”dan istefaya göndərilməsi fanatları məmnun edib.

Sportinfo.az xəbər verir ki, klub saytı Valverdenin istefaya göndərilməsini elan etdikdən sonra fanatlar bu qərarı sevinclə qarşılayıblar. Müxtəlif fanat qrupları barlarda Valverdenin istefaya göndərilməsini qeyd ediblər.

Fanatlar pivə içərək çılğıncasına sevinib, rəqs edib, mahnı oxuyub, şüarlar səsləndiriblər. “Barselona” Valverdenin rəhbərliyi altında 163 oyun keçirib. Komanda 108 oyunda (66 faiz) qalib gəlib, 35 oyunda heç-heçə (22 faiz) edib, 20 oyunda (12 faiz) isə məğlub olub.

Xəbər Lenti
27 Yanvar 17:45 Gürcülərə uduzdular
27 Yanvar 15:39 Onlar Can hayındadır