Zəng gözləyir - Gələn mövsüm Premyer Liqada işləmək üçün

7 Yanvar 2022 18:40 İngiltərə 1 167
Zəng gözləyir - Gələn mövsüm Premyer Liqada işləmək üçün

PSJ-nin baş məşqçisi Mourisio Poçettino gələn mövsüm Premyer Liqada işləmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “Totenhem”in sabiq baş məşqçisi bu dəfə “Mançester Yunayted”də çalışmaq istəyir.

O, klub rəhbərliyinin zəngini gözləyir.

Məlumata görə, 49 yaşlı argentinalı mütəxəssis gələcəyini PSJ-də görmür. Ona görə də, Premyer Liqaya qayıtmağı planlaşdırır.

“Mançester Yunayted”ə müvəqqəti olaraq Ralf Ranqnik başçılıq edir.

O, komandanı mövsümün sonuna qədər çalışdıracaq. İngiltərədə əksər ekspertlər də Poşettinonun “Mançester Yunayted” üçün uyğun mütəxəssis olduğunu iddia edirlər.

Poçettino 2013-2014 mövsümündə “Sautqempton”un, 2014-2019-cu illərdə isə “Tottenhem”in baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti