"Qarabağ"ın rəqibi bu dəfə "Serkl Brügge"yə uduzdu

30 Yanvar 2023 02:10 Hadisə 514
"Qarabağ"ın rəqibi bu dəfə "Serkl Brügge"yə uduzdu

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" Belçika çempionatında 23-cü turun oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun rəqibi "Serkl Brügge" ilə qarşılaşıb.

"Gent" səfərdə rəqibinə uduzub. "Gent" turnir cədvəlində 38 xalla 4-cüdür.

"Qarabağ"ın "Gent"ə qarşı oyunları fevralın 16-da Bakıda, fevralın 23-də isə Belçikada keçiriləcək.

"Serkl Brügge" - "Gent" 3:2
Qollar
: Ueda 58, Denkey 59 , Daland 90+4 - De Sart, 66 Lemeyik, 90

Digər Xəbərlər
Xəbər Lenti