Yeni transfer “Qarabağ”la görüşdə debüt edə bilər

3 Oktyabr 2022 03:20 Hadisə 637
Yeni transfer “Qarabağ”la görüşdə debüt edə bilər

"Olimpiakos"un yeni qapıçısı Aleksandros Paşalakis Avropa Liqasının G qrupunun 3-cü turunun “Qarabağ”la görüşündə debüt edə bilər.

Sportinfo.az "gazzetta.gr" portalına istinadən xəbər verir ki, o, zədə səbəbindən uzun müddətə sıradan çıxan əsas qolkiper Tomaş Vaçliki əvəz etmək üçün komandaya dəvət edilib.

Pirey təmsilçisindən Paşalakisin AL oyunlarında meydana çıxması üçün sifariş ediləcəyi bildirilib.

Onlar Vaçlikin minimum 30 günlük sıradan çıxmasından sonra bu haqqa sahib çıxıb. UEFA isə belə olan halda, cari mövsüm heç bir komandada oynamayan yeni qolkiperin sifariş edilməsinə icazə verir.

Yunanıstan Superliqasının növbəti turunda “Atromitos”la qarşılaşacaq "Olimpiakos"un qapısını isə Paşalakis deyil, 19 yaşlı Kostas Tzolakis qoruyacaq.

"Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti