"Rövnəq Abdullayevlə həmişə futbolla bağlı mübahisəmiz olur" - VİDEO

15 Oktyabr 2021 11:20 Hadisə 527
"Rövnəq Abdullayevlə həmişə futbolla bağlı mübahisəmiz olur" - VİDEO

Millət Vəkili Aqil Abbas “İctimai TV”də yayımlanan “3D” verilişinin qonağı olub.

Sportinfo.az xəbər verir ki, deputat Azərbaycan futbolu ilə bağlı danışıb.

Aqil Abbas Azərbaycan yığmasının son dönəmlərdə uğursuz çıxışlarından söz açıb.

O, həmçinin AFFA-da indiyə qədər futbolu ən çox sevən prezident Fuad Musayevin olduğunu bildirib:

“Rövnəq Abdullayevlə oturub çay içəndə həmişə futbolla bağlı mübahisəmiz olurdu. Özüm də futbol xəstəsiyəm. Rövnəq Abdullayevin isə futbol xəstəsi olduğunu deyə bilmərəm. AFFA-da futbol xəstəsi yeganə prezident Fuad Musayev olub”.

Millət Vəkili futbol üzrə ölkə çempionatının əslində Bakı çempionatı olduğunu qeyd edib:

“Bu ölkədə 8 komandadan 7-si Bakı komandasıdır. Elə “Sumqayıt” da, “Qarabağ” da bu siyahıya daxildir.

Bölgələrdə tək komanda “Qəbələ”dir. Azərbaycanda futbol Lənkəranda, Gəncədə, Tovuzda, Ağdamda olub. “Xəzər Lənkəran”ı xatırlayaq və ya digər klubları.

Dünən oxudum ki, it yarışı keçirilib və bir xeyli azarkeş yığılıb. Gəncədə o boyda stadion boş qalırsa, camaat it yarışına gedəcək də.

Bölgələrdə futbolu AFFA inkişaf etdirməlidir. Ölkə başçısı futbolun inkişafına dair proqram haqqında sərəncam imzalamışdı, bu qədər pul ayrılır”.

Digər Xəbərlər
Xəbər Lenti