“Omoniya” rəsmisi: “Bu, “Qarabağ”a məğlubiyyəti sığortalayacaq”

21 Oktyabr 2021 21:30 Gündəm 1 007
“Omoniya” rəsmisi: “Bu, “Qarabağ”a məğlubiyyəti sığortalayacaq”

“Bazel” kimi böyük komandaya qarşı belə gözəl atmosferdə oynamağımız sevindiricidir”.

Sportinfo.az xəbər verir ki, bunu “Omoniya” rəsmisi Andreas Dimitriu deyib.

Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan Kipr təmsilçisi bu gün III tur çərçivəsində İsveçrədə “Bazel”in qonağı olacaq.

Dimitriu ötən turda doğma arenada Azərbaycan təmsilçisinə 1:4 hesablı məğlubiyyəti unutdurmağa çalışacaqlarını söyləyib:

“Bu görüşdə müsbət nəticə “Qarabağ”a məğlubiyyəti sığortalayacaq və bizi əvvəlki vəziyyətə qaytaracaq. Meydançaya qələbə qazanmaq üçün çıxacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti