90+4-cü dəqiqədə qələbə qolu vurdu, qrup lideri oldu - VİDEO

23 İyun 2021 22:50 Gündəm 1 011
90+4-cü dəqiqədə qələbə qolu vurdu, qrup lideri oldu - VİDEO

Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərindəki oyun İsveçin 3:2 hesablı qələbəsi ilə bitib.

İsveçin heyətində Emil Forsberq 2 və 59-cu dəqiqədə fərqlənib. Robert Levandovski 61-ci dəqiqədə fərqi azaldıb, 84-cü dəqiqədə isə bərabərlik qolunu vurub.

90+4-cü dəqiqədə Viktor Klasson oyunda son nöqtəni qoyub. İsveç 7 xalla qrup lideri kimi mərhələ adlayıb və komandanın rəqibi daha sonra bəlli olacaq.

Digər Xəbərlər
Xəbər Lenti