Beş futbolçuda koronavirus aşkarlandı - Liqa 1 klubunda

1 Avqust 2020 00:28 Fransa 602
Beş futbolçuda koronavirus aşkarlandı - Liqa 1 klubunda

“Strasburq”un beş futbolçusunda koronavirus aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Futbolçulardan götürülən testlərin beşi müsbət nəticə verib. Onların adları açıqlanmasa da, hər birinin öz evində karantinə alındığı və xüsusi nəzarətə götürüldüyü diqqətə çatdırılıb.

Yaranmış vəziyyətlə əlaqədar “Strasburq”un avqustun 1-də keçirilməsi nəzərdə tutulan “Nansi” ilə yoxlama oyunu ləğv olunub.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!